Miele — 1899-cu ildə təsis edildiyi gündən etibarən həm sahiblərinə, həm də işçilərinə, müştərilərinə və tədarükçülərinə bərabər səviyyədə sadiq qalan müstəqil bir ailə şirkətidir.
Bundan əlavə, şirkət ətraf mühitin qorunmasına və cəmiyyətin maraqlarını nəzərə almağa çalışır.
Şirkət yemək bişirmək, paltar və döşəmə baxımı üçün məişət texnikası, həmçinin tibb müəssisələri və peşəkar istifadəyə üçün avadanlıqlar (Miele Professional) istehsal edir.
Strateji baxışı, ən etibarlı və yüksək dəyərli premium markası olmaqdır. Miele müştərilərinə etibarlılıq, performans, istifadəsi rahatlıq, enerji səmərəliliyi, dizayn və xidmət baxımından
standartları müəyyən edən texnika təklif edir. Bu yanaşma, şirkətin təsisçiləri Karl Mile və Reynhard Cinkkan tərəfindən ilk maşınlarda yazılmış “Immer Besser” (“Getdikcə Daha Yaxşı”) prinsipinə uyğun gəlir.
Bu deviz Miele şirkətini bu günə qədər xarakterizə edir.
Şirkət səylərini yalnız Miele markasına yönəldir və onu ardıcıl olaraq premium seqmentində yerləşdirir. Miele uzunmüddətli düşünməyi və planlaşdırmağı hədəfləyir,
dəyərlərin və məqsədlərin ardıcıllığını qoruyur, müştərilər və tədarükçülərlə yaxşı münasibətləri müdafiə edir, həmçinin işçilərə yönəlik korporativ mədəniyyəti və idarəetmə mədəniyyətini dəstəkləyir.
2017-2018 maliyyə ilində, 30 iyun 2018 tarixində başa çatan il üçün, dünyanın aparıcı premium məişət texnikası istehsalçısının
dövriyyəsi 4,1 milyard avro təşkil etmişdir ki, bu da keçən ilə nisbətən 167 milyon avro və ya 4,3% çoxdur. Miele şirkətinin dünya
üzrə əməkdaşlarının sayı 20,098 nəfərdir, onlardan 11,225 nəfəri Almaniyada çalışır (30 iyun 2018-ci il tarixinə olan məlumatlara görə).